Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş başa çatıb.
SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları "Neftçilər" prospekti ilə Hərbi Qənimətlər Parkına doğru irəliləyiblər.
Yürüşə Vətən müharibəsi qaziləri də qoşulublar.
İştirakçılar alqış sədaları altında "Yaşasın Azərbaycan", "Qarabağ Azərbaycandır", "Qələbə" şüarları səsləndiriblər.
Aksiya Hərbi Qənimətlər Parkında yekunlaşıb.
***
Bakıda Zəfər Günü ilə bağlı yürüş keçirilir.
SÜLH.İNFO.az xəbər verir ki, yürüş Azneft dairəsindən "Ağ şəhər” bulvarınadək davam edəcək.
Azərbaycan bayrağını Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları yürüş marşrutu üzrə aparırlar. Yürüşü süvari dəstəsi müşayiət edir.
Qeyd edək ki, yürüş "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.