Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rənglərinə uyğun işıqlandırılıb.
SÜLH.İNFO.az xəbər verir ki, körpünün işıqlandırılması Bosfor boğazındakı dumanla birlikdə möhtəşəm görüntü yaradıb.
Qeyd edək ki, bu körpünün inşasına 1986-cı il yanvarın 4-də başlanılıb və 1988-ci ilin 3 iyulunda tikinti işləri tamamlanıb. Layihə hazırda dünyanın ən böyük polad asma körpüləri içində 14-cü sıradadır.