Azərbaycan Dəmir Yolları QSC-də tikintisini planlaşdırdığı Füzuli-Şuşa elektrikləşdirilmiş dəmir yolu xəttinun uzunluğu ox üzrə 83,4 km olacaq.
QSC-dən SÜLH.İNFO-ya verilən məlumata görə, layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi işləri davam etdirilir.