​Lukaşenko İlham Əliyevə zəng etdi

​Lukaşenko İlham Əliyevə
16:18 08.11.2021
230 Siyasət
A- A+

"Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıram".

SÜLH.İNFO.az  xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.

O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.

Belarus Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.

A.Lukaşenko çoxillik Qarabağ münaqişəsinin bütün qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verib, bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilən və qan tökülməsinə son qoyan bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.