Almaniya kansleri Angela Merkel vəzifədən getdikdən sonra daha siyasətlə məşğul olmaq niyyətində deyil.
SÜLH.İNFO.az xəbər verir ki, o, bu barədə "Döyçe Vell" media şirkətinə müsahibəsində bildirib.
"Nə edəcəyim sualına gəlincə... Mən daha siyasətlə məşğul olmayacağam", - deyə Merkel bildirib.
Onun sözlərinə görə, əvvəlcə dincəlmək, yatmaq istəyir, sonra isə nə edəcəyi bəlli olacaq.
Xatırladaq ki, oktyabrda Angela Merkel Almaniyanın müvəqqəti kansleri olub. O, hökumət başçısı vəzifəsindən rəsmən istefa verib. Bununla belə, Prezident Frank-Valter Ştaynmayerin tələbi ilə o və kabinetin qalan üzvləri müvəqqəti olaraq fəaliyyətlərini davam etdirirlər.