Azərbaycan Ordusunun II Qarabağ müharibəsində qazandığı böyük qələbənin birinci ildönümü qeyd olunur. Müzəffər ordumuz 44 gün davam edən müharibə nəticəsində düşmənin 30 il işğal altında saxladığı əzəli torpaqlarımızı azad edib.
SÜLH.İNFO.az Report-a istinadən xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, Azərbaycan Sülhməramlı Qüvvələrinin, Quru Qoşunlarının döyüşçüləri müharibə ilə bağlı xatirələrini bölüşüblər, addım-addım irəliləməklə əldə olunan zəfərdən danışıblar.
Ən ağır döyüşlərin Şuşa şəhərində getdiyini bildirən Qarabağ cəngavərləri müharibə dövründəki bütün çətinliklərə rəğmən bu gün qürurlu, məğrur və sevincli olduqlarını söyləyiblər.