Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Azərbaycanın Zəfər Gününə həsr olunan növbəti maraqlı fləşmob keçirilib.
SÜLH.İNFO.az report-a istinadən xəbər verir ki, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti kateri Kür çayı boyu hərəkət edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb.
Orijinal fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.
Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutub.