Türkiyənin Cümhiriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu Azərbaycan xalqını 8 noyabr Zəfər Günü münasibətilə təbrik edib.
SÜLH.İNFO.az xəbər verir ki, partiya sədri təbrikini tviterdəki hesabında paylaşıb.
“Otuz illik işğalın başa çatdığı və Qarabağın qəlbi Şuşanın Azərbaycan torpaqlarına qovuşduğu Qarabağ Zəfərinin birinci ildönümünü təbrik edir, "Qarabağ Azərbaycandır" prinsipi ilə mübarizə aparan bütün azərbaycanlı qardaşlarımıza sevgi və hörmətimi çatdırıram”, - Kamal Kılıcdaroğlu sosial şəbəkədə yazıb.