​İran Zelenskini hədələdi - VİDEO

​İran Zelenskini hədələdi -
14:15 23.12.2022
69 Dünya
A- A+

İran Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində çıxışından sonra onu hədələyib.

Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani bəyan edib.

Məlumata görə, Zelenski çıxışı zamanı İranı müharibədə istifadə olunması üçün Rusiyaya pilotsuz uçuş aparatları göndərməkdə ittiham edib.

“Cənab Zelenski yaxşı bilir ki, İranın bu cür əsassız iddialara qarşı strateji səbri sonsuz deyil. Ukrayna lideri ABŞ-nin dəstəyi ilə kifayətlənən bəzi digər siyasi liderlərin taleyindən dərs almalıdır”, - deyə Kanaani bildirib.

Qeyd edək ki, bundan əvvəl İran Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı Qərbin ittihamlarına cavab verib. Həmçinin avqust ayında İranın Rusiyaya “Mohajer-6” və “Shahed” pilotsuz uçuş aparatları göndərdiyi məlum olub.

Mənbə: BAKU.WS